Çin səfiri AzMİU-da olub - FOTOLAR
Çinin ölkəmizdəki səfiri Qo Min Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
Universitetdən Adalet.az-a bildirilib ki, səfir Qo Min əvvəlcə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüşdə səfirliyin nümayəndələri, Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov və AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva da iştirak ediblər.
Rektor Gülçöhrə Məmmədova tarixi ipək yolu üzərindən xalqlarımız arasında qurulan mədəni və iqtisadi əlaqələrə, son illər isə Prezident İlham Əliyevinin Çinə rəsmi səfərlərinə, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ikitərəfli görüşlərinə diqqət çəkərək əməkdaşlıq üçün münbit zəmin formalaşdığını qeyd edib. İki ölkə arasında əməkdaşlığın bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini deyən rektor elm və təhsil sahəsində, o cümlədən AzMİU ilə Çin universitetlərinin potensial əməkdaşlıq imkanlarından danışıb.
Ölkələrimiz arasındakı əməkdaşlığın günbəgün daha da inkişaf etdiyini deyən səfir Gua Min AzMİU ilə tanışlığının Çin Xalq Respublikası ilə Azərbaycan əlaqələrin yeni istiqaməti ola biləcəyini qeyd edib. Qo Min bildirib ki, səfirlik AzMİU ilə Çinin uyğun profilli universitetləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsinə, eyni zamanda ortaq təhsil və mədəniyyət layihələrinin həyata keçirilməsinə çalışacaq. Görüşdən sonra AzMİU-nun İtaliya-Azərbaycan Dizayn Mərkəzində Çinin tarixinə və mədəniyyətinə həsr olunmuş AzMİU tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib, eləcə də universitetin Memarlıq fakültəsinin tələbələrinin canlı iş prossesi (kalliqrafiya və kağızkəsmə) ilə tanışlıq olub.
Sərgi çərçivəsində Konfutsi İnstitutunun tələbələri Çin mədəniyyətindən müxtəlif nümunələr nümayiş etdiriblər.
Daha sonra AzMİU-da yaradılan yeni avadanlıqlarla təmin edilmiş Çin dili tədrisi mərkəzi ilə tanışlıq olub. Burda mərkəzin yaradılması və fəaliyyəti ilə bağlı memorandom imzalanıb.
Sonda Çin milli çay mədəniyyəti nümayiş etdirilib və Çin çayı, növləri, istifadə üsulları haqqında geniş məlumat verilib.
Digər Xəbərlər
07 Aprel 2026 15:57
Övladı 1-ci sinfə gedəcək şəxslərin NƏZƏRİNƏ
07 Aprel 2026 11:48
Azərbaycan Universiteti Qazaxıstanda keçirilən "Study in Azerbaijan" təhsil sərgisində təmsil olunur
06 Aprel 2026 19:30
Almatıda Qazaxıstan və Azərbaycanın II Rektorlar Forumu keçirildi - FOTOLAR
06 Aprel 2026 12:02


Bakı -°C

