Çin və Pakistan birgə antiterror təlimləri keçirib
Çin və Pakistan üç həftə davam edən "Döyüşçü-8" birgə antiterror təlimlərini başa çatdırıb.
Adalet.az Çin KİV-inə istinadən xəbər verir ki, təlimlərdə Çin Xalq Azadlıq Ordusunun Qərb Hərbi Dairəsinin 300-dən çox hərbçisi iştirak edib.
Təlimlər Pakistanda Çin vətəndaşlarına qarşı son hücumlar fonunda keçirilib. Bu cür insidentlərdən biri noyabrda Karaçidəki Cinna Beynəlxalq Hava Limanı yaxınlığında kamikadze tərəfindən törədilən və iki Çin vətəndaşının həlak olduğu terror aktı olub.
Bu hadisədən sonra Çinin Xarici İşlər Nazirliyi Pakistanı Çin-Pakistan İqtisadi Dəhlizinin, ölkə əməkdaşları və layihələrinin qorunması üçün daha sərt tədbirlər görməyə çağırıb.
Digər Xəbərlər
21 Dekabr 2024 18:38
Suriyada yeni xarici işlər naziri təyin edildi
21 Dekabr 2024 18:23Onların terrorla məşğul olmadığını gördük - Hakan Fidan
21 Dekabr 2024 18:21Ərdoğandan Almaniyadakı hücuma sərt reaksiya
21 Dekabr 2024 13:40Paşinyan Makrona təşəkkür etdi
21 Dekabr 2024 09:10