adalet.az header logo
  • Bakı -°C
11 Noyabr 2025 09:41
71
KRİMİNAL
A- A+

Cinayətdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Noyabrın 10-da ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.