Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Martın 26-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin üstü açılıb.
Adalet.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Axtarışda olduğuna görə ümumilikdə 31, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
Digər Xəbərlər

Naxçıvanda 75 yaşlı qadını öldürüb quyuya atan həmcinsi tutuldu - YENİLƏNİB

Cinayətdə şübhəli bilinən 75 nəfər saxlanıldı

Narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanıldı
