PUA-ilə narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə Adalet.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprel ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 6 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər

Naxçıvanda dələduzluq edən şəxs saxlanıldı

Saxta kredit elanı verərək bank kartlarını talayan şəxs tutuldu

Mina partlayışında xəsarət almış şəxslər ifadə verirlər - Vardanyanın məhkəməsi

Cinayətdə şübhəli bilinən 28 nəfər saxlanıldı

Bank kartlarından daha 31 min manat oğurlandı

Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkib - YENİLƏNİB + FOTOLAR

9 kq marixuana ilə tutuldu
