Qazaxın azad edilmiş kəndlərində 74,3 ha ərazi minalardan təmizlənib

Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində bu günə qədər ümumilikdə 743,345 kv.m (74,3 ha) ərazi minalardan təmizlənib.
Bu barədə Adalet.az-a Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Qeyd edilib ki, təmizlənmiş ərazilərdən 1 076 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Onlardan 933-ü piyada əleyhinə mina, 95-i tank əleyhinə mina, 48-i isə partlamamış hərbi sursatlardır.
Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı keçirilən görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.
Həmin kəndlər mayın 24-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə götürülüb.
Qeyd edək ki, ANAMA işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Qazax rayonunun dörd kəndində də dövlət prioritetləri əsasında minatəmizləmə əməliyyatlarını icra etməkdədir. Əməliyyatlar əl ilə minaaxtarma və mexaniki minatəmizləyən maşın və minaaxtaran itlərin dəstəyi ilə həyata keçirilir.
Digər Xəbərlər

Təbiətin normadan artıq günahı və yaxud səhv düşəndə yerimiz – Səxavət Məmməd yazır

Hesablama Palatasının gəlirləri və xərcləri açıqlandı

Rövşən Rzayev növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR

Aİ müşahidəçilərinin "Xəzinəvar" böhtanı: "Sənədləşdirmə"

Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR

Qarabağda çalışanların fəaliyyətinə həssaslıqla yanaşılmalıdır - Zahid Oruc

Bu hərbçilərin maaşları da yeni redaksiyada təsdiqləndi
