Qarabağda çalışanların fəaliyyətinə həssaslıqla yanaşılmalıdır - Zahid Oruc

”Azad torpaqlarda çalışanlar üçün ödənişlərə dair meyarlar və standartların dəyişdirilməsi zəruridir”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
Millət vəkili qeyd edib ki, azad olunan torpaqlarda yeni Vətən quruculuğunda işləyən fəhlənin, iş icraçısının və şirkətlərin hər biri qəhrəmandır. Müqəddəs əməyi tımsil edirlər və digər ərazilərdə çalışanlardan fərqləndirilməldiri, ona görə də Qarabağda çalışanların fəaliyyətinə daha həssaslıqla yanaşılmalıdır:
"Söhbət qurulu şəraitdə və hazır infrastrukturu olan yerlərdə çalışmaqdan getmir. Ona görə də azad torpaqlarda çalışan hər bir insan üçün ödənişlərə dair meyarlar və standartların dəyişdirilməsi zəruridir. Biz sovet illərində böyük yazıçılarımızın Mil-Muğan çöllərində gedən quruculuq işlərini necə tərənnüm etdiyini yaxşı xatırlayırıq. İndi isə inşaat meydanlarına həqiqətən xüsusi təyinatlı bir ordu-silahsız tikinti briqadaları millətimizin gələcəyi üçün fədakar əməyini görürük.
İnanırıq ki, müxtətif dövlət təltifləri də Yeni Vətən quruculuğunda çalışan insanlarımıza veriləcəkdir. Çünki onlar 44 günlük müharibədə qəhrəmanlıq göstərən oğullarımızın müqəddəs işlərini davam etdirirlər".
Digər Xəbərlər

Rövşən Rzayev növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR

Qazaxın azad edilmiş kəndlərində 74,3 ha ərazi minalardan təmizlənib

Aİ müşahidəçilərinin "Xəzinəvar" böhtanı: "Sənədləşdirmə"

Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR

Bu hərbçilərin maaşları da yeni redaksiyada təsdiqləndi

Hərbçilərin ictimai təhlükə törətməyən cinayətləri ilə bağlı yeni qayda

Bu şəxslər mediator ola bilməyəcəklər
