22 Aprel 2025 17:39
97
SİYASƏT

Deputat Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTOLAR

Deputat Ülvi Quliyev Milli Məclisin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.

Adalet.az xəbər verir ki, qəbul zamanı əsasən sosial problemlərin həlli, məşğulluq və idman sahəsi ilə bağlı məsələləri ilə müraciətlər səsləndirilib.

Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün bəzi məsələlər operativ olaraq həll edilib, həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq öz həllini tapması üçün aidiyyəti qurumlara müraciətlərin ediləcəyi vətəndaşların nəzərinə çatdırılıb.