Hökumətimizə nə olub ki, abidələri iş adamlarına verək - Spikerdən deputata
"Nə isə yaddan çıxıb qalıb ki, biz indi “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik edirik? Yenidən nə isə əlavə etmək lazımdırsa, bu, açıqlanmalıdır. Bu abidələr pasportlaşdırılırsa, onun sonrakı aqibəti nə olacaq?"
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Salahlı deyib.
Onun sözlərinə görə, abidələrin bir çoxu uçub-dağlır:
"Həmin abidələrin sarayından gündə bir kərpic düşür. Abidələrə ciddi nəzarət yoxdur".
Deputat qeyd edib ki, həmin abidələri hansısa iş adamlarına vermək olar ki, bərpa etsinlər və orada bir şey yaratsınlar:
"Bunun başqa yolu yoxdur. Məsələ qaldırırıqsa, bunun sonrakı halını da düşünməliyik. Abidələri pasportlaşdırdıq, hə, nə olsun?"
Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın sözlərinə münasibət bildirib:
"Bizim Azərbaycan hökümətinə nə olub ki, həmin abidələri bərpa üçün iş adamlarına verək?!"
Digər Xəbərlər
14 Dekabr 2025 10:45
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı əsl xilaskarlıq missiyası idi
14 Dekabr 2025 09:37
Ceyhun Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı
13 Dekabr 2025 18:40
"Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir" - Elçin Əmirbəyov
13 Dekabr 2025 10:00
Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN
12 Dekabr 2025 15:09
Azərbaycan və Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək
12 Dekabr 2025 15:07
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
12 Dekabr 2025 14:39
MSK yenidən formalaşdırılacaq? - Məzahir Pənahovdan açıqlama
12 Dekabr 2025 12:35


Bakı -°C

