Səfir: Zəngəzur dəhlizi açılarsa, Türk dünyasının...
Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana və Zəngəzur dəhlizi açılarsa, Çindən Londona qədər Türk dünyasının Orta dəhlizlə bağlı imkanları son dərəcə inkişaf edəcək.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Anadolu” agentliyinə müsahibəsində deyib.
O, rəsmi Ankaranın prosesə dəstək verdiyini bildirib.
Diplomat söyləyib ki, Azərbaycanla Türkiyə arasında əlaqələr daha da inkişaf etməlidir: “Bu gün ticarət həcmimiz altı milyard yarım dollardır. Hədəf 15 milyard dollardır. Bu, xəyal deyil. İnteqrasiya sürətlənərsə, qarşıdakı 3-5 il içində bu hədəfimizə çata bilərik”.
B.Akgün Türkiyə ilə Azərbaycan arasında “bir millət, iki dövlət” anlayışı ilə formalaşan əlaqələrin kritik dövrlərdə konkret nəticələrə səbəb olduğunu vurğulayıb. “İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdə Azərbaycanın əzmi, Türkiyənin güclü mənəvi və siyasi dəstəyini mühüm rol oynadı”.
Azərbaycanın Qarabağ və ətrafının yenidən qurulması və dirçəldilməsi istiqamətində layihələr həyata keçirdiyini xatırladan səfir türk şirkətlərinin də bu səylərə böyük dəstək verdiyini bildirib: “Hər iki ölkənin xalqları münasibətlərin səviyyəsindən xəbərdardır və bunu qiymətləndirir. Siyasi baxımdan prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi güclü liderlik və qardaşlıq anlayışı münasibətlərin hər səviyyəsində öz izini qoyub. Bu, İkinci Qarabağ müharibəsində olduğu kimi, Türkiyədəki zəlzələdə də özünü göstərdi. Zəlzələ zamanı Azərbaycan ən çox narahat olan və ən çox yardım göstərən ölkə idi. Əlaqələrimizi iqtisadi və mədəni baxımdan dərinləşdirməli, bir-birimizi daha yaxşı başa düşməli, birgə əməkdaşlıq perspektivini gücləndirməliyik”.
Digər Xəbərlər
24 Oktyabr 2026 14:09
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
24 Oktyabr 2026 12:40
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
24 Oktyabr 2026 10:23
Azərbaycan XİN Zambiyanı Milli Günü münasibətilə təbrik edib
24 Oktyabr 2026 10:22
“Bu əməliyyatlar baş tutsa da İranda rejimi dəyişəcək bir proses olmayacaq...”
24 Oktyabr 2026 10:18
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
24 Oktyabr 2026 09:01
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
24 Oktyabr 2026 08:40
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR
23 Oktyabr 2026 23:38


Bakı -°C

