Vətəndaşların evdə sosial xidmət almaq hüququ genişləndirilir

Evdə (səyyar) sosial xidmətdən istifadə edən vətəndaşların əhatə dairəsi genişləndirilir.
Adalet.az xəbər verir ki, dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qeyd olunub ki, qanunda “eyni yaşayış məntəqəsində yaşamayan” ifadəsinin daha geniş əhali kateqoriyasını əhatə etməsi müvafiq olaraq vətəndaşların evdə (səyyar) sosial xidmətdən istifadə hüququnu məhdudlaşdırır.
Belə ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunun 2.3-cü maddəsinə əsasən Bakı şəhərinə münasibətdə yaşayış məntəqəsi dedikdə Bakı şəhəri bütövlükdə başa düşülür.
Təklif olunan dəyişikliyə əsasən “eyni yaşayış məntəqəsində yaşamayan” ifadəsinin “Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə isə eyni inzibati ərazi dairəsində” ifadəsi ilə əvəz edilməsi xidmətdən istifadə edən vətəndaşların əhatə dairəsinin genişləndirilməsinə töhfə verəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Digər Xəbərlər

Hesablama Palatasının gəlirləri və xərcləri açıqlandı

Rövşən Rzayev növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR

Qazaxın azad edilmiş kəndlərində 74,3 ha ərazi minalardan təmizlənib

Aİ müşahidəçilərinin "Xəzinəvar" böhtanı: "Sənədləşdirmə"

Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR

Qarabağda çalışanların fəaliyyətinə həssaslıqla yanaşılmalıdır - Zahid Oruc

Bu hərbçilərin maaşları da yeni redaksiyada təsdiqləndi
