9 kq marixuana ilə tutuldu

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz xarakter alıb.
DİN-dən Adalet.az-a bildirilib ki, Ucar rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 33 yaşlı Orxan Xəlilov tutulub. Onun sərnişin kimi əyləşdiyi avtomobildən 9 kiloqramdan artıq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
O.Xəlilov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Qukasyan: Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var idi

Yardımlıda narkokuryerlər saxlanıldı

Vətəndaşların bank kartlarından 18 minə yaxın pul oğurlandı

DTX xaricdə gizlənən cinayətkarı ölkəyə gətirərək həbs etdi

DSX Horadizdə əməliyyat keçirdi - Saxlanılanlar var - FOTOLAR

Övladını işə düzəltmək adı ilə 80 min manatını aldılar - Saxlanılanlar var

Ötən gün 10 ədəd qanunsuz odlu silah aşkarlandı
