DSX Horadizdə əməliyyat keçirdi - Saxlanılanlar var - FOTOLAR
Ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sahibsiz halda 10-ER-545 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı nəqliyyyat vasitəsi aşkar edilib.
Bu barədə Adalet.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, xidməti ərazi qapadılmış, pilotsuz uçuş aparatı (PUA) vasitəsilə şübhəli şəxslərin axtarışına başlanılıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində əllərində bağlama ilə avtomobilə yaxınlaşan Ağdam rayon sakinləri – 1989-cu il təvəllüdlü Məmmədov Taleh Natiq oğlu və 1991 ci il təvəllüdlü İsmayılov Əhəd Natiq oğlu saxlanılıb.
Bağlamaya baxış zamanı ümumi çəkisi 5 kiloqram 800 qram narkotik vasitə marixuana götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
13 Aprel 2026 10:13
Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı
11 Aprel 2026 18:13
Masazırda 2 qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB
10 Aprel 2026 17:16
13 il əvvəl axtarışa verilən şəxs Azərbaycana ekstradisiya edildi
10 Aprel 2026 11:01


Bakı -°C

