Övladını işə düzəltmək adı ilə 80 min manatını aldılar - Saxlanılanlar var

Bakıda ahıl qadının 80 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, paytaxt sakini olan 65 yaşlı qadın övladının işə düzəldiləcəyi vədi ilə aldadılıb və 80 min manatı ələ keçirilib.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı N.Şükürov və 37 yaşlı N.Qasımova saxlanılıblar.
Rayon ərazisində daha bir analoji hadisə baş verib. 65 yaşlı bir nəfərin təqaüdünü bərpa edəcəyi vədi ilə 3500 manatını ələ keçirən V.Allahverdiyev saxlanılıb.
Bundan başqa, vətəndaşın etibarından sui-istifadə edib 5100 manatını ələ keçirməkdə şübhəli bilinən 38 yaşlı E.Mirzəyev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.
Digər Xəbərlər

DSX Horadizdə əməliyyat keçirdi - Saxlanılanlar var - FOTOLAR

Ötən gün 10 ədəd qanunsuz odlu silah aşkarlandı

Dünən bank kartlarından 21 mindən çox pul oğurlanıb

Erməni terrorçularının tarix qarşısında susqun baxışları: Əməlləri bir daha ifşa olunur - FOTOLAR

Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirildi

"İnsanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər" - Xocalı qatili olduğunu etiraf etdi

Bakıda evdən 17 min manatlıq oğurluq edildi
