Ağac əkməsən də, ağacı sındırma..
Hərə bir ağac əksə, sizi inandırım ki, dünya yaşıllığa bürünər.
Təbiət oksigenlə zəngin olar, rahat nəfəs alarıq və bu yaşıllıqlara baxıb əsəblərimiz də sakitləşər. Amma biz bunun əksini görürük. Və görürük ki, bəzi insanlar nəinki ağac əkir, əksinə ağacı ya kəsir, ya da sındırır. Bakıda belə mənzərə ilə tez- tez üzləşirik. Bir də görürsən ki, hansısa, iş adamı bir yer aldı və sora da oradakı ağacları ağına- bozuna baxmadan kəsib- doğramağa başladı. Hələ bu da , hamısı deyil. Elə adamlar da, var ki, ya ağacı kəsir, ya da, sındır.
Məsələn, bir neçə gün bundan əvvəl " Fatimeyi - Zəhra" məscidinin yanındakı parkda bir cavan oğlan bar gətirmiş qırmızı alça ağacını möhkəm silkələyir və ağacdakı alçaqlar yerə tökülürdü. Ağacı elə möhkəm silkələyir di ki, az qala ağac sınsın . Parkda gəzən dostlarımızdan biri olan Məhəmməd qardaşımız o cavan oğlana iradını bildirib dedi ki, görmürsən külək ağacı əyib və sınmasın deyin, ona dayaq vurublar.
Alça yemək istəyirsən , get , bazardan al, ye! Ta bu ağacı niyə sındırsan? Gənc əməlindən peşman olduğunu bildirdi və dedi ki, bir də belə xoşagəlməz hərəkət eləməyəcək. Bax, biz hər bir hadisəyə vaxtında iradımızı bildirsək, hər hansı insanın pis yoldan çəkinər!
Emil Faiqoğlu
Digər Xəbərlər
27 Mart 2026 10:06
Paytaxt və rayonlara yağış yağır
26 Mart 2026 20:22
Bayram günləri...
26 Mart 2026 13:37
Havanın temperaturu 5 dərəcə enəcək - XƏBƏRDARLIQ
26 Mart 2026 13:00
Moped idarə edənlərin nəzərinə: Bu gündən...
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

