Atmosferi çirkləndirənlər...

Respublika ərazisində mayın 10- dan , iyunun 10- a kimi " Təmiz hava" aylığı keçirilir
Heç kimə sirr deyil ki, atmosferin çirkləndirilməsi ilk növbədə insanların özlərinə ziyandır.Çünki həmin hava ilə yaşayan insanlar zəhərli havaları udduğuna görə, müxtəlif xəstəliklərə yoluxur. Bu xəstəliklərin ən qorxulusu xərçəngə tutulmaqdır. Ona görə də birmənalı olaraq atmosferə normadan artıq zərərli qazlar atılmamalıdır.Amma buna baxan kimdir. Bu gün Bakıda atmosferə istehsalat sahələrindən , tikinti yerlərindən, müxtəlif nəqliyyat vasitələrindən normadan artıq zərərli qazlar atılır.
Bu, ekoloji tarazlığı pozmaqla yanaşı, həm də bayaq dediyimiz kimi, müxtəlif xəstəliklərin yaranmasına rəvac verir. İndi dünyada bütün ölkələr atmosferin qorunması üçün böyük layihələr həyata keçirir. Aydındır ki, Azərbaycan hökuməti də belə layihələrin həyata keçirilməsinə önəm verir. Həmin tədbirlərdən biri də hər il DİN- nin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi" Təmiz hava" aylığıdır. Bu tədbirlərin çox böyük əhəmiyyət var.Heç şübhəsiz, belə möhtəşəm layihələrin gerçəkləşdirilməsi atmosferin qorunmasında xüsusi əhəmiyyət kəsb edir.
Ona görə də belə tədbirlər hər il davam edir.Artıq mayın 10- dan iyunun 10- a kimi respublika ərazisində " Təmiz hava" aylığına start veriləcək. Məhz buna görə də Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Alayının bütün stasionar postlarında nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamaq üçün avadanlıqlar quraşdırılıb. Həmin texniki vasitələrlə müxtəlif markalı avtomobillərdə atmosferə atılan zərərli qazların miqdarı müəyyənləşdirəcək. Baş Dövlət Yol Polisi İdarəsiinin avtotexniki-müfəttişlik şöbəsinin rəisi , polis polkovniki Xalid Əzimov deyir ki, respublika ərazisində " Təmiz hava" aylığının hər il mütəmadi keçirilməsi ilk növbədə atmosferə zərərli qazların atılmasının qarşısını alır, ekoloji sabitliyi qoruyur. Bu mənada bizim də üzərimizə yüksək məsuliyyət hissi düşür.
Biz tədbirlər başlamazdan öncə ayrı- ayrı nəqliyyat vasitələrinin məxsus olduqları sahələrdə fiziki, hüquqi, vəzifəli şəxslərlə maarifləndirici söhbətlər aparır və onların üzərlərinə düşən vəzifələri bir daha xatırladırıq. Bu, söhbətlər heç şübhəsiz öz müsbət təsirini göstərir. Əlbəttə , hər bir sürücü ilk növbədə ona məxsus nəqliyyat vasitəsini texniki cəhətdən saz saxlamalıdır. Texniki qüsuru olan avtomobillərdən atmosferə birmənalı olaraq normadan artıq zərli qazlar atılır. Eyni zamanda əgər nəqliyyat vasitəsi texniki səbəbdən sıradan çıxıb yolda qalırsa, bu, həm də digər avtomobillər üçün qəza şəraiti yaradır. Ona görə də bir daha sürücülərin nəzərinə çatdırırıq ki, onlar mövcud qanunlara əməl etsinlər, avtomobilləri vaxtında texniki baxışdan keçirsinlər.
Bizim məqsədimiz heç də kimi isə cərimə etmək deyil. Bizim məqsədimiz sürücülər maarifləndirmək, atmosferin qorunmasını təmin etməkdir. Amma qanunda göstərilir ki, atmosferə normadan artıq zərli qazlar atan sürücülər 50 manat məbləğində cərimə edilir. Əgər cərimə edilmək istəmirsinizsə, nəqliyyat vasitəsini texniki cəhətdən saz saxlayın!
Emil Faiqoğlu