Türkiyənin ilk milli rabitə peyki istifadəyə verildi - FOTOLAR
Türkiyənin ilk yerli və milli rabitə peyki olan "Türksat 6A" istifadəyə verilib.
Adalet.az "TRT Haber"ə istinadən xəbər verir ki, bununla bağlı keçirilən mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Məlumata görə, fevralın 17-dən bəri "Türksat 6A" vasitəsilə icra edilən test yayımları uğurla tamamlanıb.
Peykin xidmət göstərdiyi ərazi Hindistan, Tailand, Malayziya və İndoneziyanı əhatə edəcək və ən azı 15 il müddətində xidmət göstərə biləcək.
Qeyd edək ki, bununla Türkiyə rabitə peyki istehsal edə bilən 11 ölkədən biri olub.
Xatırladaq ki, peyk 2024-cü il iyulun 9-da "SpaceX" şirkətinin ABŞ-nin Florida ştatında yerləşən "Cape Canaveral" buraxılış mərkəzindən "Falcon 9" raketi ilə kosmosa göndərilmişdi.
Digər Xəbərlər
13 Dekabr 2025 17:01
İndoneziyada ölənlərin sayı 1000-ə ÇATDI
13 Dekabr 2025 16:51
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
13 Dekabr 2025 16:19
Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33
GƏRGİNLİK PİK HƏDDƏ:Türkiyəyə məxsus yük gəmisi vuruldu - VİDEO - YENİLƏNİB
12 Dekabr 2025 23:56


Bakı -°C

