Yardımlıda narkokuryerlər saxlanıldı

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə hər ikisi əvvəllər məhkum olunmuş 37 Natiq Baxışov və 40 yaşlı Tural Şıxıyev saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, onlardan ümumilikdə 13 kiloqram marixuana və 4558 ədəd ədəd metadon həbi aşkarlanıb. T.Şıxıyev və N.Baxışovun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında Bakı şəhərində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Digər Xəbərlər

Qukasyan: Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var idi

Vətəndaşların bank kartlarından 18 minə yaxın pul oğurlandı

DTX xaricdə gizlənən cinayətkarı ölkəyə gətirərək həbs etdi

DSX Horadizdə əməliyyat keçirdi - Saxlanılanlar var - FOTOLAR

Övladını işə düzəltmək adı ilə 80 min manatını aldılar - Saxlanılanlar var

Ötən gün 10 ədəd qanunsuz odlu silah aşkarlandı

Dünən bank kartlarından 21 mindən çox pul oğurlanıb
