Rusiya XİN -dən xəbərdarlıq:" Qərb Ermənistanı öz oyunlarına cəlb edərsə..."

Ermənistan parlamenti ölkənin Aİ-yə daxil olması prosesinin başlanması haqqında qanunu ikinci və yekun oxunuşda qəbul etdikdən sonra Rusiya rəsmiləri açıqlamalar verib.
Adalet.az xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun TASS-a verdiyi açıqlama erməniləri narahat edib: Diplomat bildirib ki, Moskva rəsmi İrəvanın Avropa İttifaqına can atmasından narahatdır və Qərb onu özünün geosiyasi oyunlarına cəlb etsə, Ermənistan Avrasiya İqtisadi İttifaqının verdiyi üstünlükləri itirmək təhlükəsi ilə üzləşəcək:”Ermənistanın Avropa İttifaqına yönəlməsi ona görə narahatlıq doğurur ki, bu addım adıçəkilən ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə ziddiyyət təşkil edir.
Biz Ermənistandakı çoxsaylı həmkarlarımızla söhbətlərimizdə də bu məqamı onların diqqətinə çatdırırıq. Məlumdur ki, Ermənistan bu quruma üzv olduğu üçün dinamik şəkildə inkişaf edir, bütün sahələrdə iqtisadi inkişaf qeydə alınır. Qərb Ermənistanı özünün geosiyasi oyunlarına cəlb edib, Rusiyadan və digər müttəfiqlərindən qoparmağa çalışsa, onlar məhz bu böyük sərvətdən məhrum ola bilər”.
Qeyd edək ki, Qruşko Aİ-də Ermənistanın NATO-ya üzv olmasının zəruriliyi ilə bağlı bəyanatları “böyük fantaziyalar” adlandırmışdı.
Əntiqə Rəşid
Digər Xəbərlər

İzmirdə polis idarəsinə hücum edən şəxsin İŞİD-lə əlaqəsi üzə çıxdı

BMT Baş katibi İsrailin Qətərdəki HƏMAS liderlərinə zərbə endirməsini pisləyib

İsrail müharibəni uzatmağa çalışır - Türkiyə XİN

Nepal prezidentinin iqamətgahı yandırıldı

HAMAS liderləri İsrailin hücumundan SAĞ ÇIXIBLAR

Şıxlinskiyə qarşı ittihamlar sərtləşdirildi - 10 ilə qədər həbs

Nepal Prezidentinin istefası barədə xəbər təkzib edilib - YENİLƏNİB
