Sarkisyan seçkilərdən geri çəkildiyini təsdiqlədi
Ermənistan Respublika Partiyasının sədri, ölkənin üçüncü prezidenti Serj Sarkisyan qarşıdan gələn seçkilərdə iştirak etməyəcəyini təsdiqləyib.
Adalet.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o, Ermənistan Respublika Partiyasının 18-ci qurultayı öncəsi danışıb.
Müxalifət qüvvələrindən hansını - Samvel Karapetyanı, yoxsa Arman Tatoyanı dəstəkləyə biləcəyi ilə bağlı sualı cavablandıran Sarkisyan bildirib ki, bu barədə bu gün seçkilər ərəfəsində keçirilən Ermənistan Respublika Partiyasının növbəti qurultayında elan ediləcək.
O, həmçinin qeyd edib ki, Ermənistan Respublika Partiyası bütün müxalifət qüvvələrini dəstəkləyir.


Bakı -°C

