Könül Nurullayeva vətəndaşlarla növbəti dəfə görüş keçirib - FOTOLAR
Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Nizami rayonu, Q.Qarayev prospekti 29, R.Rüstəmov küçəsi 35, 54, 56, 58 və 62 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub.
Verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.
Digər Xəbərlər
21 May 2026 12:59
Biz 30 ildə keçsə də bu problemi birdəfəlik həll etdik -VİDEO
21 May 2026 12:48
Bakı şəhəri qlobal şəhərsalma müzakirələrinin mərkəzinə çevrilib
21 May 2026 08:18
World Urban Forumu yeni imkanların yaranmasına səbəb olacaq
19 May 2026 15:32


Bakı -°C

