Vergi bəyannaməsi mobil tətbiq üzərindən təqdim ediləcək
Azərbaycanda vergi bəyannamələrinin mobil tətbiq üzərindən təqdim edilməsi nəzərdə tutulur.
Adalet.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis əvəzi Samir Qəhrəmanov Bakıda keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi"ndə bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə bu imkan sadələşdirilmiş bəyannamələr üzrə tətbiq ediləcək və əsasən mikro sahibkarları əhatə edəcək: "Növbəti mərhələlərdə isə digər bəyannamələrin də mobil tətbiq üzərindən təqdim edilməsi planlaşdırılır. Həyata keçirilən bu yeniliklər vergi inzibatçılığında şəffaflığın və çevikliyin artırılmasına, eyni zamanda sənəd dövriyyəsinin optimallaşdırılmasına xidmət edir".
Digər Xəbərlər
30 Aprel 2026 12:18
“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb - FOTOLAR
30 Aprel 2026 10:28
Azərbaycandan Ermənistana taxıl və gübrə göndəriləcək
30 Aprel 2026 09:56
Saatlıq əmək haqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər
30 Aprel 2026 09:40


Bakı -°C

