Cinayətdə şübhəli bilinən 91 nəfər tutuldu
Fevralın 14-də və 15-də ölkə ərazisində qeydə alınan 104, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 61, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər saxlanılıb.
Digər Xəbərlər
16 Fevral 2026 10:03
64 kq narkotik vasitə aşkarlandı - VİDEO
14 Fevral 2026 16:11
Evlərdən 3200 manatlıq oğurluq edən şəxs saxlanıldı
14 Fevral 2026 14:51
Şirvanda 6 nəfər külli miqdarda narkotiklə saxlanıldı
13 Fevral 2026 19:53


Bakı -°C

