ÇL: “Mançester Siti” çempion! – YENİLƏNİB

Çempionlar Liqasında 2022/2023 mövsümünün qalibi bəlli olub.
Adalet.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçirilən final oyununun qalibi birincilər olublar.
“Şəhərlilər” qarşılaşmanın 68-ci dəqiqəsində Rodrinin vurduğu yeganə qolla 1:0 hesablı qələbə qazanıblar və tarixində ilk dəfə Çempionlar Liqasında qalib olublar.
00:31
Türkiyənin İstanbul şəhərində İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçirilən Çempionlar Liqasının final oyununda hesab açılıb.
Adalet.az xəbər verir ki, qarşılaşmanın 68-ci dəqiqəsində Rodri “Mançester Siti”ni hesabda önə çıxarıb.
00:06
Türkiyənin İstanbul şəhərində İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçirilən Çempionlar Liqasının final oyununda ikinci hissə başlayıb.
Adalet.az xəbər verir ki, matçın ilk yarısında qol olmayıb.
23:49
Türkiyənin İstanbul şəhərində İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçirilən Çempionlar Liqasının final oyununda ilk hissə başa çatıb.
Adalet.az xəbər verir ki, matçın ilk yarısında qol olmayıb.
23:07
Adalet.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçirilən Çempionlar Liqasının final oyunu başlayıb.
21:49
Türkiyənin İstanbul şəhərində İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçiriləcək Çempionlar Liqasının final oyunu üçün start heyətləri açıqlanıb.
Adalet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
“Mançester Siti”: 31. Ederson, 3. Ruben Diaş, 5. Con Stounz, 6. Natan Ake, 8. İlkay Gündoğan, 9. Erlinq Holann, 10. Cek Qriliş, 16. Rodri, 17. Kevin De Brüyne, 20. Bernardu Silva, 25. Manuel Akanci
Baş məşqçi: Xosep Qvardiola
“İnter”: 24. Andre Onana, 2. Denzel Dumfris, 9. Edin Ceko, 10. Lautaro Martines, 15. Françesko Açerbi, 20. Hakan Çalhanoğlu, 23. Nikola Barella, 32. Federiko Dimarko, 36. Matteo Darmian, 77. Marselo Brozoviç, 95. Alessandro Bastoni
Baş məşqçi: Simone İnzagi
Qeyd edək ki, Atatürk Olimpiya Stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Digər Xəbərlər

Polis əməkdaşları üçün cüdo təlimi keçirilib

Arda Gülər yenidən zədələndi

Azərbaycanlı futbolçu dopinqə görə cəzalandırıldı

Daha 10 cüdoçumuz bu gün mübarizəyə başlayır

Ronaldu dubl etdi, “Ən-Nəsr” qalib gəldi - VİDEO

Qurban Qurbanov: “Bu qalibiyyəti ordumuza həsr edirəm”

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb - YENİLƏNİB
