COP 29-la bağlı rektordan TƏKLİF
UNEC-in rektoru professor Ədalət Muradov rəsmi facebok səhifəsində COP 29-da tullantıların "doğru həcmi"nin müəyyən edilməsi baxımından təkilflə çıxış edib.
Adalet.az xəbər verir ki, o bildirib: “Ətraf mühitə atılan tullantıların miqdarı olduqca çoxdur. Bu fakt və bütövlükdə ətraf mühitə dəyən zərərin təhlükəli olduğu, demək olar ki, hamı tərəfindən qəbul edilir. Amma bu, həmin problemin həlli baxımından kifayət deyil”.
Burada əsas problem dünyada ətraf mühitə atılan tullantıların "doğru həcmi"nin müəyyən edilməməsidir. Başqa sözlə, söhbət planetin gələcəyinə təhlükə yaradan tullantıların maksimal həcmindən gedir. Yəni ətraf mühitə atılan tullantıların hansı həcmindən sonra "geriyə saymaq" başlayır. İqtisadiyyatda hər zaman doğru olan yeganə düzgün cavabın olmadığı bəllidir və hamı tərəfindən qəbul edilir. Amma buna baxmayaraq, “ətraf mühitə atılan tullantıların "doğru həcm"i nə qədər olmalıdır?” sualına yeganə düzgün cavabın tapılması və hamı tərəfindən qəbul edilməsi vacibdir. Noyabr ayında keçiriləcək COP 29-da tullantıların "doğru həcmi"nin müəyyən edilməsi baxımından Bakı həm də qlobal mərkəzə çevrilmək şansına malikdir. Bu məqsədlə COP-29-da Qlobal Komissiyanın yaradılmasını təklif edirik. Həmin Qlobal Komissiyaya Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin Sədrlik etməsi isə qlobal ətraf mühit probleminin həll ediləcəyinə ən böyük zəmanətdir”.
Digər Xəbərlər
17 Aprel 2026 19:18
Bu il maksimum balı o topladı
17 Aprel 2026 14:44
Polşanın Rzeszow Universitetinin nümayəndəsi Azərbaycan Universitetində
15 Aprel 2026 15:45
Bazar günü 37 mindən çox şəxs imtahan verəcək
15 Aprel 2026 13:10
Peşə hazırlığında yeni ixtisaslar olacaq - RƏSMİ
15 Aprel 2026 12:34
Tibb Universitetinə mətbuat katibi təyin edildi
15 Aprel 2026 12:33
Bakı Xoreoqrafiya Akademiyası ilə Ardahan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
14 Aprel 2026 11:04
Azərbaycan Universiteti və “Azərbaycan Uşaqları” İctimai Birliyi memorandum imzalayıblar
14 Aprel 2026 09:58


Bakı -°C

