COP29 yüksək səviyyədə təşkil olunub - BMT Baş katibinin köməkçisi
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Adalet.azd-a verilən məlumata görə, görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə COP29 sədrliyimiz müzakirə olunub.
COP29-un uğurlu təşkilində Azərbaycan və BMT arasında əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Ceyhun Bayramov COP29-un təşkilati hissəsi ilə yanaşı, məzmun baxımından faydalı olmasının əsas prioritetlərimizdən biri olduğunu qeyd edərək sessiyanın gedişatı, danışıqlar prosesində əldə olunmuş irəliləyişlər barədə ətraflı məlumat verib.
Baş katibin köməkçisi COP29-un yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, bu münasibətlə ölkəmizı təbriklərini çatdırıb və sədrlik prosesi çərçivəsində uğurlar arzu edib.
COP29 çərçivəsində təşkil olunmuş yüksək səviyyəli tədbirlərdə iştirak etdiyini qeyd edən Aleksandr Zuyev, müxtəlif mövzulara həsr olunmuş tematik toplantıların fikir mübadiləsi baxımından faydalı olduğunu qeyd edib.
Mina təhdidi ilə mübarizə istiqamətində ölkəmiz tərəfindən görülən işlərin təqdirəlayiq olduğu, xüsusilə humanitar minatəmizləmə fəaliyyətinin 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi elan olunmasının bu beynəlxalq təhdidlə mübarizədə örnək olduğu vurğulanıb.
Humanitar minatəmizləmə fəaliyyəti ilə yanaşı, mina qurbanlarının rehabilitasiyası istiqamətində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
09 Noyabr 2026 12:39
“Düşmənə dərs verən onlardır” - İlham Əliyev - VİDEO
09 Noyabr 2026 12:17
Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirildi
09 Noyabr 2026 12:16
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
09 Noyabr 2026 11:21
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
09 Noyabr 2026 09:00
Mehriban Əliyeva Bayraq Günü münasibətilə paylaşım etdi - FOTO
09 Noyabr 2026 00:00
Azərbaycanda Dövlət Bayrağı Günüdür
08 Noyabr 2026 21:04
Dövlət Komitəsinin kollektivi Zəfər Parkını ziyarət edib - FOTOLAR
08 Noyabr 2026 20:32


Bakı -°C

