"COP29 zamanı gündəlik əlavə 5 min sərnişinin daşınması gözlənilir" - Azər Fərəcov
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı gündəlik 5 minədək əlavə sərnişinin dəmir yolları vasitəsilə daşınması mümkün olacaq.
Adalet.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
"Biz maksimal bu sayı nəzərdə tutmuşuq. Gündəlik 27 min sərnişin Bakı Dəmiryolu Vağzalından istifadə edir. COP29 vaxtı ümumilikdə 32 minə yaxın sərnişin bu vağzaldan istifadə edə biləcək", - o vurğulayıb.
A.Fərəcov hesab edir ki, mövcud qatarlar dəmir yolundan istifadə edəcək sərnişin sayına kifayət edir.
Digər Xəbərlər
26 Dekabr 2024 20:46
Təyyarə qəzasında yaralananlar və həlak olanlar Bakıya GƏTİRİLDİ
26 Dekabr 2024 20:01Nazir müavini: Vəziyyəti ağır olan üç nəfərin hazırda Aktaudan Bakıya gətirilməsi məqsədəuyğun deyil
26 Dekabr 2024 19:41Nazir müavini: Yaralılara Qazaxıstanda yüksək peşəkər tibbi yardım göstərilib
26 Dekabr 2024 19:38Adil Abdullayev: Təyyarə qəzasında həlak olmuş dörd nəfərin nəşi Bakıya gətiriləcək
26 Dekabr 2024 19:13