adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Aprel 2021 17:51
28740
SAĞLAMLIQ

COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 327 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 860, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 467 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 337 361, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 889 216, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 448 145 təşkil edir.