adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Yanvar 2022 16:37
410
SAĞLAMLIQ

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 455 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 885, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 768, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 802 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 562 620, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 190 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 703 255, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 669 018 təşkil edir.