adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Sentyabr 2021 18:32
1350
SAĞLAMLIQ

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 105 699 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65 968, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 731 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 911 439, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 179 684, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 731 755 təşkil edir.