adalet.az header logo
  • Bakı -°C
17 Fevral 2026 15:02
83
GÜNDƏM
A- A+

Ruben Vardanyanın buna etiraz etməyə haqqı yoxdur - Politoloq

“Ruben Vardanyanın 20 il azadlıqdan məhrum edilməsi təbiidir. Bu məhkəmə prosesi tam şəffaf, açıq, ədalətli şəkildə keçirildi. Burda hər hansı bir formada ayrı-seçkilik, qeyri-qanuni heç bir hal baş vermədiyi görünür. Açıq şəkildə məhkəmə prosesi həyata keçirilib”.

Bunu Adalet.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. 

O, bildirib ki, Ruben Vardanyanın öncə Rusiya vətəndaşı olması və sonra Azərbaycanın Qarabağ bölgəsinə gəlib məskunlaşması, silah-sursat alması və bu kimi terrorçuluğu dəstəkləyən addımlarının cavabı olmalı idi:

“İndi Ruben Vardanyanın həbsinin arxasında duran səbəblər hər kəs üçün bəllidir. Yəni konkret cinayətlər var, bu cinayətlərin cəzası var və Azərbaycan qanunvericliyi ilə ölkəmizin ərazisində hər hansı bir qruplaşma yaratmaq, terror, mütəşəkkil cinayətkarlıq dəstəsi etmək konkret bir cinayət aktını həyata keçirir. Düşünürəm ki, bu cür vəziyyətlərdə əlbəttə, Azərbaycan dövləti tam qanuni bir addım posedurları həyata keçirir. Bu baxımdan düşünürəm ki, biz verilən bu cəza tam ədalətlidir. Azərbaycan dövləti tam şəffaf keçirdiyi məhkəmə prosesi ilə bu qənaətə gəlib.

S.Hümbətov deyib ki, düzdü, Ruben Vardanyanın çıxışlarında onun etirazları var, amma onun bu etirazları etməyə haqqı yoxdur:

“Çünki o başqa bir dövlətin ərazisinə girməklə, orda qanunsuz silahlı qruplaşmalar yaratmaqla cinayət törədirdi. Bunun da mütləqdir ki, bir cəzası var və Azərbaycan dövləti də bunu həyata keçirdi. O baxımdan düşünürəm ki, R.Vardanyana verilən cəza normaldır. Onun yaşı 65-dan aşağı olsaydı, ömürlük azadlıqdan məhrum edilərdi. Hesab edirəm ki, onun tötərtdiyi konkret cinayətdir və bunun da cəzası çəkilməlidir”. 

Vasif ƏLİHÜSEYN