adalet.az header logo
  • Bakı -°C
30 Mart 2026 10:00
82
İQTİSADİYYAT
A- A+

“Onların hər cümləsi təkcə şəxsi fikir deyil...” - İqtisadçı

“Həm Bibliyada, həm də Mark Tven yaradıcılığında belə bir fikir yazılır ki, hətta axmaqlar belə susanda müdrik kimi görünür.Bəzən buna görə susmaq daha doğru seçimdir.Amma məsələ bununla bitmir. İnsan danışanda onun kimliyi ortaya çıxır, düşüncəsi də, səviyyəsi də, mədəniyyəti də cəmiyyət üçün bəlli olur.Cəmiyyət bu gün çox həssasdır. Hər sözün çəkisi var, hər ifadənin təsiri var”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

O, bildirib ki, ona görə də danışmaq artıq sadəcə fikir bildirmək deyil, danışmaq ciddi məsuliyyətdir:

“Məhz buna görə də mən mediada çıxış edərkən daha çox müstəqil iqtisadçı mövqeyindən danışsam da, verdiyim çoxsaylı müsahibələrdə, çıxışlarda və verilişlərdə hər ifadəni məsuliyyətlə seçməyə çalışıram. Çünki hər sözün ictimai təsiri var və bu təsiri nəzərə almadan danışmaq doğru deyil.  Amma məsul vəzifə daşıyanlar üçün bu məsuliyyət daha yüksək olmalıdır. Onların hər cümləsi təkcə şəxsi fikir deyil, həm də ictimai siqnal kimi qəbul olunur. Ona görə də danışmadan əvvəl düşünmək lazımdır. Hansı sözün kimə necə təsir edəcəyini, hansı reaksiyanı doğuracağını hesablamaq artıq seçim məsələsi deyil, bu bir zərurətdir. Çünki, kimin üçünsə adi görünən bir fikir minlərlə çılğın insanların qəzəbinə və təhqirinə tuş gələr, yüz minlərlə günahsız sakit insanların isə onsuz da həyatından məmnun olmayan kövrək ürəklərini qıra bilər. Buna görə də mikrofon qarşısına çıxan hər kəs ya dediyi sözün məsuliyyətini dərindən dərk etməli, ya da ümumiyyətlə danışmamağın daha doğru seçim olduğunu qəbul etməlidir”.

Vasif ƏLİHÜSEYN