“Ermənistandakı radikallar Zelenskinin İrəvana səfərinin...”
“Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Şurasının mayın 4-də İrəvandakı toplantısında iştirak etməyi planlaşdırır. Kremlə bağlı saytların yazdığına görə, Ermənistan Xarici İşlər Nazirliyi bu xəbəri gizli saxlamağa çalışır. Bu iddianın məntiqi yoxdur. İrəvandakı toplantıya Avropanın İttifaqının və birliyə tərəfdaş olan dövlətlərin liderləri qatılacaqlar. Zelenski Avropa Siyasi Şurasının bundan əvvəlki bütün sammitlərində iştirak edibsə, İrəvandakı toplantıdan niyə imtina etməlidir?”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Ermənistan toplantının sadəcə ev yiyəsidir, tədbirə çağrılacaq qonaqları Brüssel müəyyələşdirib:
“Ermənistandakı radikallar Zelenskinin İrəvana səfərinin Rusiya-Ermənistan münasibətlərinə mənfi təsiri barədə açıqlamalar verməyə başlayıb. Bu açıqlamaların özü göstərir ki, erməni radikallar Rusiyanın təlimatıyla hərəkət edirlər. O ki, qaldı, Zelenskinin Ermənistana səfərinə, bununla Ukrayna Prezidenti Moskvaya mesaj göndərəcək ki, Cənubi Qafqaz, o cümlədən Ermənistan artıq Rusiyanın arxa bağçası deyil. Avropa Siyasi Şurasının İrəvandakı toplantısı baş nazir Nikol Paşinyana da lazımdır. O parlament seçkisi öncəsi Avropa İttifaqı liderlərindən hərtərəfli dəstəyə ümid edir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Noyabr 2026 18:41
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - ADLARI
03 Noyabr 2026 17:46
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi
03 Noyabr 2026 16:20
İlham Əliyevdən FƏRMAN
03 Noyabr 2026 14:27
“İnsan belə bir qardaşla münasibətləri korlayarmı?” - VİDEO
03 Noyabr 2026 12:51
Deputat bu şəxslərlə bağlı ÇAĞIRIŞ ETDİ
03 Noyabr 2026 12:37
Bu zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
03 Noyabr 2026 12:35
Milli Məclis Özbəkistanla yeni sazişləri ratifikasiya etdi
03 Noyabr 2026 12:13


Bakı -°C

