Ətin qiyməti kəllə-çarxa qalxacaq...
Son illər ölkəmizdə mal və qoyun ətinin qiyməti sürətlə artmaqdadır. Bu isə insanları daha çox düşündürür və narahat edir. Başqa cür də ola bilməz! Ən azından ona görə ki, bizim millət digər xalqlara nisbətən ətə meyillidir.
Hec şübhəsiz ki, bu da ətin qiymətinə az da olsa , təsir edir. Ölkəmizdə artıq ət qıtlığı hiss edilir. Ona görə də xarici dövlətlərdən - Ukraynadan, Gürcüstandan, Monqolustandan, Braziliyadan ölkəmizə ət idxal olunur. Amma bu da qiymətlərin qalxmasının qarşısının alınmasına kömək etmir.Artıq yerli mal ətinin bir kiloqramı 18, quzu əti isə 21 manata satılır. Hələ heç t deyə bilməz ki, qiymətlər belə sabit olacaq və qalxmayacaq! İndi də daşınma ilə bağlı məsələrin gündəmə gəlməsi qiymətlərin bir qədər də, artacağına ehtimal yaradır.
Bu isə birmənalı olaraq əhali tərəfindən birmənalı qarşılanmır.Elə bil ki, kimlərsə, süni surətdə qiymətləri qaldırmaqda maraqlıdır. Əlbəttə, kiminsə belə bir marağı ola bilər, amma əlaqədar qurumlar imkan verməməlidir ki, ətin daşınması qiymət artımına şərait yaratsın! Hər halda , xalq arasında narazılıq yarada biləcək qiymət artımına yol vermək olmaz! Və bir də ölkəmizdə 2026- 30- cü illər kənd təsərrüfatının inkişafi ilə bağlı Dövlət Proqramı qəbul edilib. Heç şübhəsiz ki, bu proqramın həyata keçirilməsi qiymət artımının qarşısını alacaq!!!
Emil FAİQOĞLU


Bakı -°C

