"Bu məhsulların idxalı 34 faiz azalıb"
"2026-cı ilin yanvar-may aylarında Azərbaycanın qeyri neft-qaz idxalı real ifadədə 45.4 faiz azalıb. Bu müddətdə, qeyri neft-qaz ixracatında 3.7 dəfə artım qeydə alınıb. İdxalın azalması və ixracatın artması valyutanın hərəkəti baxımdan müsbət məqamdır. Çünki, idxalın azalması valyutanın ölkədə qalmasına, ixracatın artması isə ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaradır".
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, qeyri neft-qaz idxalındakı kəskin azalmanın səbəblərini belə izah edib:
"Rəsmi statistikaya əsasən, qeyri neft-qaz idxalında faiz etibarı ilə daha çox azalma minik avtomobillərində qeydə alınıb. Bu ilin ilk 5 ayında Azərbaycana 430.2 milyon dollar məbləğində 23411 avtomobil idxal edilib. Bu real ifadədə 40 faiz azalma deməkdir. Dərman vasitələrinin idxalına həmin müddətdə cəmi 192.6 milyon dollar xərclənib. Bu məhsulların idxalı 34 faiz azalıb. Məişət kondisionerlərinin idxalında 20 faiz azalma qeydə alınıb. 130 milyon dollarlıq idxalı olan polat prokatında isə 10 faiz azalma müşahidə edilib.
Həmin dövrdə qeyri neft-qaz idxalındakı azlama çay, kartof, ayaqqabı, şokolad və bir sıra digər sənaye və qida məhsulları üzrə də qeydə alınıb".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
09 Sentyabr 2026 12:18
Azərbaycanın investisiya imkanları Adanada təqdim olundu
09 Sentyabr 2026 11:16
Valyuta ehtiyatları 90 milyard dolları keçib
09 Sentyabr 2026 09:34
Azərbaycan neftinin qiyməti 108 dolları ötdü
08 Sentyabr 2026 15:48
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
08 Sentyabr 2026 15:32
“İran iqtisadi böhrana yuvarlanır...”
08 Sentyabr 2026 12:43
Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar artıb
08 Sentyabr 2026 11:46
Bu şəxslər pensiya ala bilməyəcək
08 Sentyabr 2026 10:22


Bakı -°C

