adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Fevral 2023 16:20
810
MARAQLI

Dağıntılar altından tapılan, minlərlə insanın övladlığa götürmək istədiyi "Möcüzə" uşaq

Suriyada dağıntılar altında doğulan və Möcüzə olaraq anılan körpə Aya sağ qalan yeganə qohumları bibisi və ərinə verilib. AP-yə danışan ailə körpəyə ölən anasının adını qoyduqlarını açıqlayıb.

Türkiyə və Suriyada minlərlə insanın ölümünə səbəb olan Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra dünyanın ən çox danışılan görüntülərindən biri olan və "möcüzə" adlandırılan suriyalı körpə Aya indi yeni ailəsi ilə birlikdədir.

Suriyanın şimal-şərqindəki Afrinin Cinderes qəsəbəsində dağıntılar altında dünyaya gələn körpə Aya xilas edilərkən hələ də anasına göbək bağı ilə bağlı idi.
 

Axtarış-xilasetmə qrupları tərəfindən xilas edilən körpənin şəkli bütün dünyada əks-səda doğurub və zəlzələdə ümid simvoluna çevrilib.

Afrində xəstəxanaya aparılaraq müalicə olunan Ayanın anası, atası və 4 bacısının dağıntılar altında öldüyü öyrəniləndə, dünyada minlərlə insan körpəni övladlığa götürmək istəyib.

Xəstəxana hətta körpənin qaçırılması cəhdlərinin olduğunu və xüsusi təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb.

DNT skan edildikdən sonra möcüzəli körpə onun sağ qalan yeganə qohum xalası və əri Xəlil əl-Savadiyə verildi.


Qeyd edək ki, episentri Kahramanmaraş olan zəlzələ Suriyada da böyük dağıntılara səbəb olub. İndiyədək zəlzələdə 5800-dən çox insan həlak olub.

 

Emin