Daha 1300-dən çox müharibə əlilinə birdəfəlik ödəmə təyin edildi
Prezident İlham Əliyevin tapşırığı əsasında yeni sosial dəstək proqramının - 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Adalet.az-a bildirilib ki, son bir həftədə bu kateqoriyalara aid olan daha 1300-dən çox müharibə əlilinə proaktiv qaydada birdəfəlik ödəmə təyin edilərək bank hesablarına köçürülüb, bu barədə onlara SMS göndərilib.
Beləliklə, qeyd olunan dövrədək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş artıq 12300-dən çox şəxsə proaktiv qaydada birdəfəlik ödəmə təyin olunub.
E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün birdəfəlik ödəmə təyin edilməmiş şəxslər, habelə birdəfəlik ödəməni almaq hüququ olan şəxs vəfat etdiyi halda onların vərəsələri birdəfəlik ödəməni almaq üçün müvafiq sənədləri linkdə https://sosial.gov.az/post_576347 qeyd edilən qaydada təqdim etməlidirlər.
Digər Xəbərlər
31 Dekabr 2025 00:00
Azərbaycanda 5 günlük bayram tətili BAŞLADI
31 Dekabr 2025 00:00
Dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edir
30 Dekabr 2025 20:22
Yol polisi bayram günlərində gücləndirilmiş rejimdə çalışır
30 Dekabr 2025 20:02
ETİHİ-nin prioritetləri: Birlik, dəstək və inkişaf
30 Dekabr 2025 17:51
Həbsxanalara xəbərdarlıqsız daxil ola bilən şəxslərin siyahısında dəyişiklik edildi
30 Dekabr 2025 16:58
Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun məhkəməsi başladı
30 Dekabr 2025 16:52
Prezidentdən deputatla bağlı SƏRƏNCAM
30 Dekabr 2025 15:33


Bakı -°C

