adalet.az header logo
  • Bakı -°C
27 Sentyabr 2026 11:16
64
DÜNYA
A- A+

Tokayev müdafiə nazirini istefaya göndərdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə naziri Dauren Kosanovu vəzifəsindən azad edib.

Adalet.az xəbər verir ki, müvafiq məlumat Qazaxıstan prezidentinin saytında dərc olunub.

Qeyd edək ki, Kosanov 2025-ci il iyunun 8-də Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə təyin edilmişdi.

İstefa Xəzər dənizində keçirilən təlimlər zamanı 14 qazaxıstanlı hərbçinin həlak olmasından bir neçə gün sonra baş verib.

Xatırladaq ki, sentyabrın 24-də Manqistau vilayətindəki təlimlər zamanı şəxsi heyətin "Kaysar" katerindən enməsi vaxtı su axını hərbçiləri dənizə aparıb. Üç nəfəri xilas etmək mümkün olub, 14 nəfər isə həlak olub.