Daha 140 ukraynalı hərbçinin meyiti qaytarıldı
Repatriasiya çərçivəsində 140 ukraynalı hərbçinin meyiti qaytarılıb.
Adalet.az xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlərlə bağlı Koordinasiya Qərargahının "Telegram" hesabında məlumat veririlib.
Qeyd olunub ki, Donetsk istiqamətində 112, Luqansk istiqamətində 20, Sumı istiqamətindən 5, Zaporojie istiqamətində 2 və Xerson istiqamətində həlak olan 1 hərbçinin meyitini vətənə qaytarmaq mümkün olub.
Məlumata görə, hüquq-mühafizə orqanlarının nümayəndələri və məhkəmə-tibb ekspertləri həlak olanların şəxsiyyətini müəyyənləşdirəcək.
"Müdafiəçilərimizin cənazələri şəxsiyyəti müəyyənləşdirildikdən sonra ləyaqətlə dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək", - deyə məlumatda bildirilib.
Digər Xəbərlər
19 Aprel 2026 23:06
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
19 Aprel 2026 22:18
İran ABŞ-la danışıqların ikinci mərhələsindən imtina etdi
19 Aprel 2026 19:00
İran atəşkəs dövründə raket arsenalını artırıb - SEPAH
19 Aprel 2026 18:34


Bakı -°C

