Daha 21 nəfər koronaya yoluxdu - HƏFTƏLİK STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (13.11.2023-19.11.2023) 21 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Adalet.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 834 135 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 729 nəfər müalicə olunaraq sağalıb, 10 367 nəfər vəfat edib, aktiv xəstə sayı 39 nəfərdir.
Ölkədə son həftə ərzində 3 042, hazırkı dövrədək isə 7 711 925 test aparılıb.
Digər Xəbərlər

Bu qidalar sağlamlığa zərər vura bilər

Səhər enerjili oyanmaq üçün nə etmək lazımdır?

Bu yaşından sonra beyin bədəni daha az hərəkət etməyə təşviq edir

Ötən il Azərbaycanda 31 körpə talassemiya xəstəliyi ilə dünyaya gəlib

“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” sosial layihəsi həyata keçirilib - FOTO

Vətəndaş məmnunluğunun ünvanı - “Buzovna” Fizioterapiya Mərkəzi

TƏBİB əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqladı - YENİLƏNİB
