Daha 53 ailə doğma yurda qayıdır

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif
Adalet.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 53 ailə - 198 nəfər köçürülüb. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.
Digər Xəbərlər

Bəzi yerlərdə 41 dərəcə isti olub - FAKTİKİ HAVA

Bakının bu qəsəbəsi sökülür - sakinlər nə edəcək?

Füzulidə fləşmob keçirilib - VİDEO

Sabah 41° isti olacaq

Çimərliklərdə bu nəqliyyat vasitələrini sürmək - QADAĞANDIR + FOTOLAR

Çimərliyə gedənlərin NƏZƏRİNƏ! - FHN-dən çimərliklərlə bağlı əhaliyə ÇAĞIRIŞ - VİDEO

Bu tarixədək 41 dərəcə isti olacaq
