22 Iyul 2025 15:19
267
İDMAN

“Qalatasaray” ulduz futbolçu ilə anlaşdı

Türkiyənin “Qalatasaray” klubu tanınmış qapıçını transfer edəcək.

Adalet.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Mançester Siti” klubunda çıxış edən braziliyalı qolkiper Edersonla razılıq əldə edib.

31 yaşlı əlcək sahibi “cim-bom”un 7 milyonluq maaş təklifinə “hə” deyib.

Əvvəlcə “Mançester Siti”nin transfer üçün “Qalatasaray”dan 15 milyon avro istədiyi, danışıqlardan sonra bu rəqəmin 9 milyon avroya endirildiyi bildirilib.