22 Iyul 2025 11:13
143
İDMAN

Kamal Umudlu UEFA Konfrans Liqasına təyinat aldı

FIFA referisi Kamal Umudlu növbəti dəfə təyinat alıb.

Adalet.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İberiya” (Tbilisi, Gürcüstan) – “Levadiya” (Estoniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Hüseynov və Vüsal Mammadov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

İyulun 29-da Tbilisi şəhərində yerləşən Mixail Mesxi adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.