Daha 91 nəfər Zabuxa döndü - YENİLƏNİB
Bu gün Laçının Zabux kəndinə qayıdan daha 25 ailəyə evlərin açarları təqdim olunub.
Adalet.az xəbər verir ki, növbəti köç karvanı Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
***
Bu gün Laçın rayonunun Zabux kəndinə daha 25 ailə (91 nəfər) yola salınıb.
Adalet.az xəbər verir ki, noyabrın 20-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Zabux sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Beləliklə bugünkü köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə 96 ailə (382 nəfər) köçürülüb.
Digər Xəbərlər
31 Dekabr 2025 08:58
Mehriban Əliyevadan təbrik paylaşımı
31 Dekabr 2025 00:00
Azərbaycanda 5 günlük bayram tətili BAŞLADI
31 Dekabr 2025 00:00
Dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edir
30 Dekabr 2025 20:22
Yol polisi bayram günlərində gücləndirilmiş rejimdə çalışır
30 Dekabr 2025 20:02
ETİHİ-nin prioritetləri: Birlik, dəstək və inkişaf
30 Dekabr 2025 17:51
Həbsxanalara xəbərdarlıqsız daxil ola bilən şəxslərin siyahısında dəyişiklik edildi
30 Dekabr 2025 16:58
Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun məhkəməsi başladı
30 Dekabr 2025 16:52


Bakı -°C

