Zaxarova Almaniya XİN rəhbərinə İncildən sitatla cavab verdi
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Moskvanın sülh niyyətini sübut etməli olduğu barədə bəyanatına İncildən sitatla cavab verib.
Adalet.az gazeta.ru-ya istinadən xəbər verir ki, Zaxarova “Zvezda” telekanalına açıqlamasında Matta İncilinin 7-ci fəslinin 6-cı ayəsini səsləndirib:
“Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzların qabağına atmayın ki, onları ayaqları altında tapdalamasınlar, sonra da dönüb sizi parçalamasınlar”.
Diplomat əlavə edib ki, bunu Xristian Demokrat İttifaqının üzvü olan Vadefula İncili açıb oxuması üçün xatırladır.
Vadeful daha əvvəl BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla digər həmkarlarının xahişi ilə görüşdüyünü bildirib. O, Avropanın Rusiya ilə dialoqu tamamilə ABŞ-nin öhdəsinə buraxmasını istəmədiyini vurğulayıb. Almaniyalı nazir Soyuq müharibə dövründə də dialoqun mövcud olduğunu xatırladaraq Lavrovla fikir mübadiləsi üçün ilk fürsətdən istifadə etməyi düzgün saydığını deyib.
Qeyd edək ki, Lavrovla Almaniya XİN rəhbərinin son 4,5 ildə ilk görüşü Berlinin təşəbbüsü ilə BMT-nin mənzil-qərargahında keçirilib. Görüş yarım saatdan az davam edib.
Digər Xəbərlər
27 Sentyabr 2026 14:20
Türkiyədə siqaretə ömürlük qadağa – Qaydalar belə olacaq
27 Sentyabr 2026 13:59
ABŞ ilə strateji tərəfdaşlığı bərpa etmək istəyirik - Kobaxidze
27 Sentyabr 2026 13:52
Rusiya Ukraynanın itkilərini yenilədi
27 Sentyabr 2026 13:46
Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər
27 Sentyabr 2026 13:28
Rusiya dünyanı məhv edəcək sistemi işə saldı: "Ölü əl"...
27 Sentyabr 2026 13:21
Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi
27 Sentyabr 2026 11:54
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İDDİA
27 Sentyabr 2026 11:16


Bakı -°C

