Mask ABŞ üçün ölümcül təhlükədir
İlon Mask ABŞ demokratiyası üçün ölümcül təhlükə yaradır.
Adalet.az xəbər verir ki, bu barədə “Nation” nəşrində dərc edilən məqalədə bildirilib.
“Dünyanın ən varlı insanı öz sərvətindən seçkilərə təsir etmək, Konqresi hədələmək və qlobal güc balansını dəyişdirmək üçün istifadə edir. Eyni zamanda, o, demokratiyanın özünü tənqid edən iri texnologiya şirkətlərinin rəhbərlərinə açıq şəkildə dəstək ifadə edib.
Mask misli görünməmiş geosiyasi təsir gücünə malikdir. Buna səbəb onun "SpeysX" şirkətində səhmlərin 80%-dən çoxuna sahib olmasıdır. Bu da ona aparıcı peyk internet xidməti olan "Starlink" üzərində nəzarət imkanı verir. Bir müddət öncə Mask cəbhə xəttindəki Ukrayna hərbçiləri üçün əlaqə imkanlarını məhdudlaşdırmışdı. Eyni zamanda, o, Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələrlə bağlı həddini aşdığını iddia edərək, bu ölkəyə qarşı fikirlər səsləndirdi.
Qeyri-sabit davranışlı, üstəlik, heç kim tərəfindən seçilməmiş Maskın bizim adımızdan xarici siyasət yürütməyə heç bir haqqı yoxdur. Onun bunu etmək imkanı isə təkcə Ukrayna üçün deyil, həm də Amerikadakı demokratiya üçün təhlükə yaradır. İlon Mask siyasətdə bir uğursuzluqdur”, - məqaladə qeyd olunub.
Digər Xəbərlər
27 Oktyabr 2026 16:41
Putin Pezeşkianla görüşdü
27 Oktyabr 2026 15:01
Ərdoğanla Baxçalı arasında mühüm görüş
27 Oktyabr 2026 13:58
Əmisi oğlu Netanyahuya səs verməkdən imtina etdi
27 Oktyabr 2026 13:40
İstanbulda leysanın fəsadları - VİDEO
27 Oktyabr 2026 10:57
Rusiya Çubaysın 20 milyardını əlindən alır
27 Oktyabr 2026 10:51
İranlılar çox ağıllıdır, amma onları məğlub etdik - Tramp
26 Oktyabr 2026 20:44
Avropadakı etirazları Türkiyəyə daşımaq istəyənlərə Ərdoğandan XƏBƏRDARLIQ
26 Oktyabr 2026 20:34


Bakı -°C

