Daha bir yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
"M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15, 69, 97.7 və 117-ci kilometrlik hissələrində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 1 avqust tarixindən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənədək qüvvədə olacaq".
Bu barədə Adalet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
"Sürücülərdən sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.
Digər Xəbərlər
24 Avqust 2026 09:11
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
24 Avqust 2026 09:00
Bakıda bu yollar həftənin ilk gününə tıxacla başladı
17 Avqust 2026 17:57
Sürücüsüz avtomobillər Azərbaycana gəlir?
17 Avqust 2026 10:24


Bakı -°C

