Daşaltı necə azad olunub? - Tehran Mənsimov açıqladı
Daşaltı kəndinin azad olunması tapşırığına rəhbər polkovnik Tehran Mənsimov təyin olunub.
Adalet.az xəbər verir ki, bu barədə məlumat İctimai TV-də yayımlanan "Bizim torpaq" sənədli filmində bildirilib.
Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Dəstəsini zabiti olan Tehran Mənsimov sözügedən sənədli filmdə Daşaltı əməliyyatından bəhs edib:
"Xüsusi təyinatların itkisiz irəliləməsi üçün Daşaltıya hücum etməli, düşmənin Şuşadan, Xankəndidən, Laçın yolu istiqamətindən gələ biləcək qüvvəsini üzərimə çəkməliydim. Bundan başqa, XTQ-yə şərait yaratmalı idim ki, yolu tutduqdan sonra, təyin olunmuş həddə Şuşanın ətrafına yerləşsinlər. Nəticədə onlar arxadan, mən isə Daşaltıdan Şuşaya daxil olmalı idim. Dolu əvəzinə, güllə yağırdı. Düşmən bütün artilleriya vasitələrindən istifadə edirdi. Təsəvvür edin, hava hücumundan müdafiə vasitəsiylə insana atəş açırdılar, adam rəsmən tikə-parça olurdu. Daşaltının üstündəki bütün qayalarda güllə izi var. Mən Azərbaycan oğullarının nəyə qadir olduğunu, nə edə biləcəklərini gördüm".
Qeyd edək ki, noyabrın 4-də Şuşa-Laçın yolu xüsusi təyinatlı bölmələr tərəfindən tutulub.
Digər Xəbərlər
13 Sentyabr 2026 13:20
Sabah 33 dərəcə isti olacaq
13 Sentyabr 2026 10:08
Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
12 Sentyabr 2026 17:24
Anar Bağırov Moldovada Vəkil Günü tədbirlərində iştirak edib
12 Sentyabr 2026 15:54
"Şuşaya vurulmuşam" - Səfir
12 Sentyabr 2026 15:29
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksini ziyarət etdilər - FOTOLAR
12 Sentyabr 2026 15:26
Hikmət Hacıyev erməni saxtakarlığını belə İFŞA ETDİ - VİDEO
12 Sentyabr 2026 12:30
Sabah 33 dərəcə isti olacaq
12 Sentyabr 2026 12:18


Bakı -°C

