Daşqınlar nəticəsində 40 nəfər öldü - Bu ölkədə
Anqolanın qərbində daşqınlar nəticəsində 40 nəfər ölüb.
Adalet.az xəbər verir ki, bu barədə SABC radiosu ölkənin fövqəladə hallarla mübarizə xidmətinə istinadən yayıb
Bildirilib ki, itkin düşənlər var. Axtarış aparılır.
Həftənin əvvəlində Anqolanın qərbində qeyri-adi güclü leysan yağışları yağıb. Ən çox ölkənin paytaxtı Luanda və sahilyanı şəhər Benqela zərər çəkib. Məlumata görə, bu şəhərlərdə 600-dən çox ev dağılıb, daha 9,5 min ev su altında qalıb. Təbii fəlakətdən 51 min nəfər zərər çəkib.


Bakı -°C

