adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
24 Noyabr 2022 00:59
326
İDMAN

DÇ-2022:  Belçika millisi Kanadaya minimal hesabla qalib gəlib - YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatının F qrupunda ilk tura yekun vurulub.

Adalet.az-ın məlumatına görə, qrupun ikinci oyununda Belçika millisi Kanada ilə qarşılaşıb.

Matçın taleyini bir qol həll edib. 44-cü dəqiqədə fərqlənən Mişi Batşuayi "qırmızı şeytanlar"a qələbə qazandırıb. 11-ci dəqiqədə Şimali Amerika təmsilçisindən Alfonso Deyvis penaltidən yararlana bilməyib.

F qrupunun ilk görüşündə Xorvatiya seçməsi Mərakeşlə qolsuz heç-heçəyə razılaşıb.

I turdan sonra belçikalılar 3 xalla qrupa başçılıq edir. Hərəyə 1 xalı olan Xorvatiya və Mərakeş yığmaları 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Kanada isə sonuncudur.

***

Qətərdə keçirilən dünya çempionatında Belçika və Kanada yığmaları arasında F qrupunun I tur oyununda ikinci hissə başlayıb.

Adalet.az-ın məlumatına görə, ilk yarıdan sonra Avropa təmsilçisi hesabda öndədir - 1:0.

***

Qətərdə keçirilən dünya çempionatında Belçika və Kanada yığmaları arasında F qrupunun I tur oyununda ilk hissə başa çatıb.

Adalet.az-ın məlumatına görə, "qırmızı şeytanlar" fasiləyə minimal hesablı qələbə ilə yollanıb. Yeganə qolu 44-cü dəqiqə Mişi Batşuayi vurub.

***

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunun Belçika - Kanada matçında hesab açılıb. 

Adalet.az xəbər verir ki, matçın 44-cü dəqiqəsində Miçi Batşuay Belçikanı önə çıxaran qola imza atıb. 

***

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunun Belçika - Kanada matçında ikincilər penaltidən yararlana bilməyib. 

Adalet.az xəbər verir ki, matçın 10-cu dəqiqəsində belçikalı Karraskonun cərimə meydançasında əllə oynamasından sonra təyin olunan penalti zərbəsini Alfonso Deyvis boşa verib.

Onun zərbəsini Belçikanın qapıçısı Tibo Kurtua qaytarıb.   

***

Qətərdə keçirilən dünya çempionatında Belçika və Kanada yığmaları arasında F qrupunun ilk turunun oyunu başlayıb.

Adalet.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunda üz-üzə gələcək Belçika və Kanada yığmalarının start heyətləri bəlli olub.

Adalet.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Belçika: Tibo Kurtua, Yan Vertongen, Tobi Alderveyreld, Leander Dendonker, Aksel Vitsel, Kevin De Brüyne, Yannik Karrasko, Timoti Kastan, Eden Azar, Mişi Batşuayi, Yuri Tilemans

Kanada: Milan Boryan, Alister Conston, Stiven Vitoriya, Kamal Miller, Cunior Hoylett, Atiba Hatçinson, Stiven Euştakiu, Riçi Lareya, Tedjon Byukenen, Conatan Devid, Alfonso Deyvis

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.